Müasir LED tipli Zəfər İşığı lampaları.+994 10 711 51 11WhatsApp
Zaferoğlu Elektrik.

LED elektrik lampa istehsalı müəssisəsi

Müasir texnologiya ilə — müasir LED tipli elektrik lampalarının istehsalı müəssisəsi. Müəssisəmizdə peşəkar kadrların əməyi ilə bir çox LED lampa növü istehsal edilir.

Lampalardan birinə toxunun — yalnız o yanır və öz bölməsini açır.

Texniki MəlumatBütün məhsullar

Köhnə lampanızın altlığı hansıdır?

Lampanı çevirin — altlıqda kod yazılıb. Eyni kodu seçin, uyğun Zəfər İşığı lampaları açılsın.

İstehsal olunan güclər · 7 W → 70 W

Eyni gövdə, fərqli güc

Gücə görə sıralanıb. Hər lampanın altında köhnə közərmə lampasının təxmini ekvivalenti yazılıb — üzərinə klikləyin, məhsula baxın.

Rəng temperaturu

Hansı işıq sizin otağınıza uyğundur?

Sürgünü hərəkət etdirin — eyni otağın 2700K istidən 6500K soyuğa qədər necə göründüyünü görün. Aşağıda o temperaturu verən Zəfər İşığı lampaları sadalanır.

Yaşayış otağı fotosu: seçilmiş rəng temperaturunda LED işığının təxmini görünüşü
3000Kİsti ağ — yaşayış otağı, yataq otağı

Fon otaq fotosudur; çalar Kelvin→RGB hesabı ilə simulyasiya olunur, işıq ölçümü deyil.

Qənaət hesablayıcısıHesabı genişləndir

LED lampalar enerjiyə 10 dəfəyədək qənaət imkanı verir

Hesab yalnız güc, iş saatı və kWh qiymətinə əsaslanır. Standart lampanın gücü seçilmiş LED-in təxmini ekvivalentindən gəlir və dəyişdirilə bilər. CO₂ üçün 0,5 kq/kWh götürülür.

İllik qənaət: 1.156 manat

illik qənaət
12.848kWh / il
88%daha az enerji
6,4ton CO₂ / il
Standart lampa · 100 W14.600 kWh
Zəfər İşığı · 12 W1.752 kWh
Haqqımızda

Müasir LED tipli elektrik lampalarının istehsalı müəssisəsi

Müəssisəmiz “Zəfəroğlu Elektrik” adı altında Gəncə şəhərində 18 dekabr, 2021-ci il tarixindən fəaliyyətə başlamışdır. Əsas fəaliyyət istiqamətimiz ölkəmizdə LED elektrik lampalarının istehsalıdır. Müəssisəmizdə peşəkar kadrların əməyi ilə bir çox LED lampa növü tərəfimizdən istehsal edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığa və yerli istehsala göstərdiyi qayğı və diqqətin göstəricisidir ki, müəssisəmiz günü-gündən inkişaf etməkdədir.

Zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılıb. Bərpa Olunan Enerji Mənbələrinin Dövlət Agentliyinin təsdiqedici sənədi əsasında zavodda istehsal olunan LED lampalar gömrük rüsumundan azaddır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olunub; müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir.

Daha ətraflı: Haqqımızda
Haqqımızda
BrendZəfər İşığı
Fəaliyyətə başlama18 dekabr 2021
İstehsal yeriGəncə şəhəri — istehsal müəssisəsi
İşçi sayı100 → 500 hədəf
MaliyyələşməSahibkarlığın İnkişafı Fondunun güzəştli biznes krediti
Gömrük rüsumuAzaddır — Bərpa Olunan Enerji Mənbələrinin Dövlət Agentliyinin təsdiqedici sənədi əsasında
Beynəlxalq standartlara uyğun

Məhsul üstünlükləri

Ətraf mühit

Ekoloji cəhətdən təmiz LED lampa.

Civə

Məhsulun tərkibində civə yoxdur.

Radiasiya

Ultrabənövşəyi və infraqırmızı radiasiya yoxdur.

Adaptiv dizayn

Ənənəvi halogen lampalarına uyğun dizayn edilmişdir.

Sürətlilik

Anında işə düşür, gecikmə və titrəmə yoxdur.

Sabitlik

Kontrol drosseli sabit cərəyanı təmin edir.

Təhlükəsizlik

Yanğın təhlükəsi yoxdur və təhlükəsizliyi təmin edir.

Kənar təsir

Zərbəyə və nəmişliyə davamlıdır.

Startup Mərkəzi

Startup Mərkəzi

İnnovativ robotexnika və elektrotexnika istiqamətində fəaliyyət göstərən müəssisə daxili mərkəz.

Təklif Al

Bizimlə Əlaqə

Sifariş etmək istədiyiniz modeli və miqdarı yazın — satış şöbəmiz təklif hazırlayıb sizinlə əlaqə saxlayacaq.